08 avqust 2024 11:19
558

Birinci vitse-prezident Mehriban Əliyeva Qaşım Maqomedovla bağlı paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram hesabında Qaşım Maqomedovun Olimpiya Oyunlarının gümüş medal mükafatçısı olması ilə bağlı paylaşım edib.

“İki sahil” xəbər verir ki, Birinci vitse-prezident idmançımızı təbrik edib: 

“Paris Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, taekvondoçu Qaşım Maqomedovu səmimi-qəlbdən təbrik edirəm! Gərgin əməyinə, yenilməz iradəsinə və qələbə əzminə görə idmançımıza təşəkkür edir, ona möhkəm cansağlığı və yeni-yeni nailiyyətlər arzulayıram!”.