08 avqust 2024 17:50
1031

Artıq 6343 daimi seçki məntəqəsi seçkiyə hazırdır

Artıq 6343 daimi seçki məntəqəsi seçkiyə hazırdır.

“İki sahil” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, 1000 məntəqədə quraşdırılmış vebkameraların 972-dən görüntülər artıq var: "Digərlərində isə xətlər təzələnir və daha keyfiyyətli formaya salınır. Azad edilmiş ərazilərdə 34 daimi seçki məntəqəsi də hazırdır və müvəqqəti məntəqələr olacaq".