09 avqust 2024 11:11
769

Los Angelesdə “Summer Networking Night” keçirilib - FOTO

Tədbirdə iştirak edən Kamran Qasımov Televiziya Akademiyası Fondunun icraçı direktoru, jurnalist Ann Vask və Akademiyanın digər üzvləri ilə fikir mübadiləsi aparıb

Avqustun 8-də Los Angelesdə fəaliyyət göstərən Televiziya Sənətləri və Elmləri Akademiyası Fondunun illik tərcübə proqramlarını özündə əhatə edən “Summer Networking Night” keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə Amerika Birləşmiş Ştatlarının nüfuzlu televiziya xadimləri iştirak ediblər.

Tədbirdə iştirak edən Televiziya Sənətləri və Elmləri Akademiyasının üzvü, Real Təhlil İnformasiya Mərkəzinin xüsusi müxbiri, Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, Cinema Radio Kino Radio Kanalının rəhbəri Kamran Qasımov Televiziya Akademiyası Fondunun icraçı direktoru, jurnalist Ann Vask və Akademiyanın digər üzvləri ilə fikir mübadiləsi aparıb.

Görüş zamanı qarşılıqlı təcrübələrin öyrənilməsi və müştərək tədris proqramının hazırlanması ilə bağlı razılıq əldə olunub.

Qeyd edək ki, Televiziya Sənətləri və Elmləri Akademiyası Fondu il ərzində 3 dəfə təcrübə proqramları təşkil edir. Təcrübə proqramlarında iştirak hüququ qazanan tələbə və məzunlar Disney, Netfliks, ABC, Fox, AMC və digər audiovizual media qurumlarında tərcübə keçərək biliklərini möhkəmləndirir, karyera qurmaq imkanı əldə edirlər.

Kamran Qasımov iki dəfə Kollec Televiziya Mükafatlarında, dörd dəfə isə tərcübə proqramlarında münsiflər heyətinin üzvü olub. K.Qasımov bundan başqa Los Angelesdə olduğu müddətdə əfsanəvi Santa Barbara serialının 40 illiyi münasibətilə keçirilən tədbirə qatılıb.

Serialın yaradıcı və aktyor heyəti ilə, eləcə də Disney stusiyasının əfsanəvi animatoru Ted Stonzla görüşüb. Qeyd edək ki, K.Qasımovun Los Angelesə səfəri, iş adamı Azər Əsgərov tərəfindən maliyyələşdirilib.