29 oktyabr 2026 14:00
113

Məkkə Paktı NATO analoqu üzrə genişləndirilə bilər

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında bağlanan birgə müdafiə haqqında Məkkə Sazişi genişlənməyə açıqdır. Bu proses NATO-ya yeni üzvlərin qəbulu proseduruna analoji olaraq, tərəflərin birgə qərarı ilə reallaşdırıla bilər.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə xarici işlər nazirinin müavini Levent Gümrükçü məlumat verib.

"Bu saziş yeni üzvlərin qəbulu üçün açıqdır. Yaxın gələcəkdə alyansın genişləndirilməsi planlaşdırılır. Bu, NATO-ya daxilolma proseduruna bənzər şəkildə üç ölkənin qərarı ilə həyata keçirilə bilər. Türkiyədə, NATO ölkələrində olduğu kimi, bu məsələ parlamentin təsdiqinə çıxarılacaq", — deyə diplomatın sözlərini "Oksijen" qəzeti sitat gətirir.

Onun sözlərinə görə, Məkkə Paktı heç kimə qarşı yönəlməyib, buna görə də onun yaradılması haqqında sazişdə ümumi və/yaxud konkret təhlükə anlayışı yer almır.