10 avqust 2024 19:25
352

Avtomobildən pul oğurlayan yeniyetmə saxlanılıb

Biləsuvar rayonu ərazisində əkin sahəsinin yaxınlığında dayanmış yük avtomobilindən 5 430 manat pulun oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

“İki sahil” xəbər verir ki, Biləsuvar RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törədən 2006-cı il təvəllüdlü İ.Salahov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.