10 avqust 2024 23:16
350

Şəmkirdə avtomobil qəzası olub

Şəmkirdə avtomobil qəzası olub, xəsarət alanlar var .

“İki sahil” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində, Şəmkir rayon sakini, 1971-ci il təvəllüdlü R.Hüseynov və onun iş yoldaşı, 1974-cü il təvəllüdlü K.Qənbərov xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.