11 avqust 2024 00:39
357

FHN: Batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib

Dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qeyd edilib ki, bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Astara” sularda xilasetmə məntəqəsindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub.