12 avqust 2024 16:31
343

Zaporojye AES-də nə baş verir?

Zaporojye Atom Elektrik Stansiyasının soyuducu qülləsinə hücum edən Ukraynaya məxsus PUA tez alışan maye daşıya bilərdi.

“İki sahil” RT-yə istinadla xəbər verir ki,  bu barədə stansiyanın direktoru Yuri Çerniçuk məlumat verib.

"Yanğının başlama sürətinə əsasən, orada başqa bir şeyin - benzin və ya napalm şüşələrinin olduğunu güman edə bilərik, çünki yanğın çox tez və geniş ərazini əhatə edib", - deyə, o, bildirib.

Bundan əvvəl Rosatom-un baş direktoru Aleksey Lixaçev Zaporojye AES-in soyuducu qülləsinin dəyişdirilməsi üzrə işlərin aparılmasının mümkünlüyünü etiraf edib.