Sumqayıtda bıçaqlı insident baş verib.
“İki sahil” xəbər verir ki, hadisə şəhərin 5-ci mikrorayon, ev 32 ünvanında qeydə alınıb.
Belə ki, üç nəfər arasında baş verən dava bıçaqlanma ilə nəticələnib. Mübahisənin iki tanışın birləşərək orta yaşlı kişini döyməsi ilə başladığı bildirilir. Onların arasındakı ədavətin səbəbi məlum deyil.
Hadisə yerinə polis əməkdaşları gəliblər.
Faktla bağlı araşdırma aparılır. (Oxu.Az)
FHN-in Bakı Regional Mərkəzində Ümummilli Liderin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
KOBİA-da Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib