13 avqust 2024 11:27
519

SOCAR qazma işlərini 14 faizdən çox artırıb

Cari ilin ikinci rübündə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 21,6 min metr qazma işləri həyata keçirilib.

"İki sahil" bu barədə SOCAR-ın cari ilin ikinci rübünə dair qazma, hasilat, emal və ixrac göstəricilərinə istinadla xəbər verir.

Qazma işləri ötən ilin analoji dövrü ilə müqayisədə 14,7 faiz artıb. Şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlardan 1,9 milyon ton neft, 1,8 milyard kubmetr qaz hasil olunub. Ölkə üzrə qaz hasilatı ötən illə müqayisədə təxminən 5,2 faiz artaraq, ikinci rüb üzrə 12,5 milyard kubmetr təşkil edib. Ümumilikdə isə, cari ilin ikinci rübü üzrə Azərbaycanda 7,2 milyon ton xam neft hasil olunub.