14 avqust 2024 23:32
302

Ağ Ev İsrail və HƏMAS-ı atəşkəs danışıqlarına qayıtmağa çağırıb

Ağ Ev İsrail və HƏMAS-ı bu həftə Qəzzada keçiriləcək sülh danışıqlarında iştirak etməyə çağırıb.

“İki sahil” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan Pyer mətbuat konfransında deyib. O bildirib ki, danışıqlar bərpa edilməlidir və atəşkəs regiondakı gərginliyin yumuşaldılması üçün ən yaxşı yoldur.

“Biz tam şəkildə irəli getməyi düşünürük. Avqustun 15-də tərəflər danışıqlar masasına qayıdacaq. Bütün tərəflər geri qayıtmalı və razılaşmanı yekunlaşdırmalıdır”,- deyə Ağ evin mətbuat katibi əlavə edib.