Məşhur amerikalı aktrisa Cina Roulends vəfat edib.
“İki sahil” xəbər verir ki, o, 94 yaşında Kaliforniyadakı evində dünyasını dəyişib.
Xatırladaq ki, aktrisa 5 ildir Altsheymer xəstəliyindən əziyyət çəkirdi. Bu barədə onun oğlu, rejissor Nik Kassavetis məlumat yaymışdı. Diqqət çəkən nüans Cinanın rol aldığı "Not dəftəri" filmində canlandırdığı obrazın da eyni xəstəlikdən əziyyət çəkməsi olub.
Cina həm də mərhum həyat yoldaşı Con Kassavetesin rejissoru olduğu “Təsir altında olan qadın” (1974) və “Qloriya” (1980) filmlərindəki rolları ilə tanınır. O, hər iki film üçün "Oskar"a namizəd olub.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?