15 avqust 2024 16:02
965

YAP Kürdəmir rayon təşkilatının qərargahında məşvərətçi səs hüquqlu üzvlərlə növbəti təlim keçirilib

Azərbaycan Respublikasının Milli Məclisinə  2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar  Yeni Azərbaycan Partiyası tərəfindən 95 saylı Zərdab-Kürdəmir-Ucar seçki dairəsinin məntəqə seçki komissiyalarının tərkibinə  təyin edilmiş  məşvərətçi səs hüquqlu üzvlərlə 15 avqust 2024-cü il tarixdə YAP Kürdəmir rayon təşkilatının qərargahında  təlim  keçirildi.        

Təlimdə  Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri  Ayaz Cəbrayılov iştirak edib.

“İki sahil” xəbər verir ki, Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri  Ayaz Cəbrayılov  seçkilərə hazırlıqla bağlı  Yeni Azərbaycan Partiyası tərəfindən görülən işlər haqqında məlumat verib.   Ayaz Cəbrayılov məşvərətçi səs hüquqlu üzvləri  belə bir məsul və şərəfli iş tapşırılması münasibətilə təbrik edərək  onları MSK- nın Azərbaycan Respublikasında keçirilən seçkilərdə seçki (referendum) komissiyalarının məşvərətçi səs hüquqlu üzvlərinin statusu haqqında Təlimatı ilə  tanış edib.

Ayaz Cəbrayılov  məşvərətçilərə  hüquq və vəzifələrini, məşvərətçilərə qadağan edilən hərəkətləri hərtərəfli izah edir. Məşvərətçi səs hüquqlu üzvlərin  səlahiyyət müddəti və səlahiyyətlərinə xitam verilməsi qaydası haqqında onlara məlumat verir, seçki məntəqəsinin açılışı, səsvermənin gedişi , məntəqənin bağlanması və səslərin sayılması zamanı onların yerinə yetirəcəkləri vəzifələri aydınlaşdırır.

Sonda seçki qərargahının  sədri Ayaz Cəbrayılov məşvərətçi səs hüquqlu üzvləri  maraqlandıran sualları cavablandırır və seçkilərə hazırlıq, seçki prosesinin gedişi, qanunvericiliyin tələblərindən irəli gələn məsuliyyət və vəzifələr müzakirə edilib.