Naxçıvan Muxtar respublikası Ali Məclisinin növbədənkənar sessiyası yekunlaşıb.
“İki sahil” xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyası avqustun 16-da keçirilən iclasdan sonra başa çatıb.
Ali Məclisin iclasında “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının qanunlarına təklif olunan dəyişikliklər müzakirə edilib.
Qeyd edilən məsələlər ətrafında çıxışlardan sonra layihələr ayrı-ayrılıqda səsə qoyularaq qəbil olunub.
Bununla da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyası öz işini başa çatdırıb.
Prezidentin sosial şəbəkə hesablarında Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edilib
Qırğızıstan mediası Prezident İlham Əliyevin səfərini işıqlandırmaqda davam edir