Türkiyənin futbol üzrə Trendyol Super Liqasının 2-ci turu çərçivəsində “Göztepe” ilə “Fenerbahçe” qarşılaşıb.
“İki sahil” İHA-ya istinadla xəbər verir ki, 2-2 hesabı ilə başa çatan qarşılaşma zamanı insident baş verib.
Belə ki, “Fenerbahçe”nin prezidenti Ali Koç tribunaya girə bilməyən sarı-göylü azarkeşlərə dəstək olmaq üçün səfər tribunasına gedib. Təhlükəsizlik tədbirləri ilə tribunanı tərk edərək futbolçuların çıxış tunelinə keçən A.Koça tribunadan şüşə və yad əşyalar atılıb.
Ali Koç şüşənin dəyməsi nəticəsində yerə yıxıldığı zaman ev sahibi olan “Göztepe”nin klub rəsmiləri ilə Ali Koç və mühafizəçiləri arasında dava düşüb.
Baş hakim Kadir Sağlam bu zaman oyunu dayandırsa da, A.Koç meydanı tərk etdikdən sonra matç qaldığı yerdən davam edib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”