Azərbaycan Vətən Muharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) nümayəndə heyəti Qazaxstan Respublikasına səfəri zamanı Astana şəhərinin mərkəzində yerləşən Ulu Öndər Heydər Əliyev adına küçəni və xatirə lövhəsinin ziyarət ediblər.
“İki sahil” xəbər verir ki, 10 aprel 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qazaxstan Respublikasına səfəri zamanı Heydər Əliyev küçəsinin açılışını etmişdir.
AVMVİB sədrinin beynəlxalq əlaqələr üzrə müavini polkovnik Elmar Hüseynov, polkovnik Tahir Yusifov, Gəncə şəhər şöbəsinin sədri kapitan Bəyanət Qasımov, Qazaxstan veteranları Ruslan Aripzan və Bolat Rusbay Xatirə lövhəsinin yerləşdiyi parkla tanış olublar və Heydər Əliyev küçəsində xatirə fotosu çəkdiriblər.
Yasamalda yaşayış binasənda baş verən yanğında xəsarət alanların vəziyyəti AÇIQLANDI
Kəmran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rumıniyada işğüzar səfərdədir