27 sentyabr 2026 23:59
62

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Qərbi Azərbaycan İcmasının (QAİ) rəhbərliyi və üzvləri 27 Sentyabr – Anım Günü ilə əlaqədar Zəfər parkını ziyarət ediblər.

“İki sahil” xəbər verir ki, QAİ-dən bildirilib ki, ziyarətdə İcmanın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Müşahidə Şurasının sədri, professor Misir Mərdanov, Ağsaqqallar Şurasının sədri, Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, Nəzarət-Təftiş Komissiyasının sədri, professor Vahid Novruzov, Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, İrəvan qazısı Bəxtiyar Nəcəfov, İcmada təmsil olunan digər Milli Məclis üzvləri, ziyalılar və rayon icmalarının üzvləri iştirak ediblər.

Ziyarət zamanı Zəfər abidəsinin önünə gül dəstələri qoyulub, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.