“Azərişiq” ASC Gədəbəy rayonunun 4 kəndində elektrik şəbəkələrini yeniləyir.
"İki sahil" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, rayonun 350 abonenti olan Xar-xar kəndində 0.4 kV-luq yeni kabel xətləri çəkilib və dayaqlar basdırılıb. Müasir standartlara cavab verən yeni tipli sayğac qutuları quraşdırılıb və sayğaclara giriş naqilləri çəkilib. Əlavə 250 kVA-lıq transformator quraşdırılıb. Arısu kəndində yenidənqurma işləri yekunlaşıb. Kənddə 0.4 kV-luq özünüdaşıyan izoliyasiyalı kabel xətləri çəkilib, dayaqlar basdırılıb. Arıqıran və Zəhmət kəndlərində isə yeni elektrik xətlərinin keçdiyi ərazilərdə dayaqlar basdırılır.
Azərbaycan və Özbəkistan arasında aqrar sahədə əməkdaşlıq məsələləri müzakirə olunub
Dövlət dəstəyi ilə KOB subyektlərinin məhsul və xidmətləri “Caspian Agro Week”də nümayiş olunur