20 avqust 2024 13:45
468

Oğulları Emindən danışdı

"Atam bizi də işə aparır, layihələrini göstərir. Öyrədir, danışır. Biz də ondan öyrənir, örnək alırıq. Tezliklə karyera seçimim olacaq. Bizneslə məşğul olacağam, amma hələ nədir bilinmir. Atamla çalışmağa hazıram".

“İki sahil” xəbər verir ki, bu sözləri Xalq artisti Emin Ağalarovun oğlu Mikayıl müsahibə zamanı deyib. O, atasının onlara iş sahəsində çox şey öyrətməyə çalışdığını deyib. 

Əli isə "Atamın davamçısı olacağam. Nə qədər lazımdırsa, o qədər işləyəcəyəm. Onun səviyyəsinə çata bilmərəm, amma çalışacağam" sözlərini deyib. 

Emin isə oğullarının açıqlamasını "Hansı yolu seçsəniz də dəstəkləyəcəyəm və arxanızda olacağam" sözləri ilə yayımlayıb.

Qeyd edək ki, Eminin Əminə və Afina adlı iki qız övladı da var.