21 avqust 2024 17:49
307

ABŞ səfirliyi Qusar rayonunda Gənc Liderlik Düşərgəsi təşkil edib

ABŞ-nin Azərbaycandakı səfirliyi Dövlət Departamentinin maliyyə dəstəyi ilə Qusar rayonunun İmamqulukənd kəndində Gənc Liderlik Düşərgəsi təşkil edib.

“İki sahil” xəbər verir ki, bu barədə diplomatik missiyanın “X” sosial şəbəkəsində paylaşım edilib.

Qeyd olunub ki, düşərgədə 80 gənc kənd sakini üçün komanda işi və liderlik bacarıqları üzrə təlimlər keçirilib.

“Səfirliyin mədəniyyət məsələləri üzrə müşaviri Rendi Koul və məzunlar üzrə koordinator Lamiyə Süleymanzadə düşərgə iştirakçılarını Amerika mədəniyyəti ilə tanış ediblər. Təşkilatçılarımızı uğurlu proqram münasibətilə təbrik edirik!”, - paylaşımda bildirilib.