Çexiyanın Litvinov şəhərində İkinci Dünya müharibəsindən qalmış aviabombanın tapılması ilə əlaqədar 600 nəfər təxliyə edilib.
“İki sahil” xəbər verir ki, bu barədə CTK xəbər agentliyi polisə istinadla məlumat yayıb.
Litvinovda yerləşən neft emalı zavodunun ərazisində 250 kq ağırlığında bomba aşkar edilib. Müharibə zamanı bu şəhərin ərazisində yerləşən sənaye obyektləri kütləvi şəkildə bombardmana məruz qalıb.
Aşkar edilmiş bomba avqustun 27-dək tapıldığı yerdə qalacaq. Partlayış təhlükəsi böyük olduğundan istehkamçılar partlamamış sursatın şəhərdən çıxarılması və məhv edilməsi üçün ən münasib şəraiti yaratmalıdırlar.
Ərdoğan: Cənubi Qafqazda sülhlə bağlı atılan addımlar bütün dünyaya örnək olmalıdır
İtaliya, Böyük Britaniya, Fransa və Almaniya liderləri Hörmüz boğazında missiyanı müzakirə edəcəklər