22 avqust 2024 00:12
730

Seçki bülletenlərinin hazırlanması prosesi başa çatıb

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçki bülletenlərinin hazırlanması prosesi başa çatıb.

“İki sahil” xəbər verir ki, bu, Mərkəzi Seçki Komissiyasının “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda öz əksini tapıb.

Qanunvericiliyə əsasən, seçki bülletenlərinin hazırlanması prosesi səsvermə gününə ən azı 10 gün qalanadək yekunlaşmalıdır.

Təqvim Planında prosesin avqustun 22-dək başa çatdırılması nəzərdə tutulub.