22 avqust 2024 16:53
408

MSK sədrinin müavini: Veb-kameralar 119 seçki dairəsini əhatə edir

119 seçki dairəsini əhatə edən 1000 seçki məntəqəsində quraşdırılmış veb-kameraların tənzimlənməsi prosesi aparılır.

“İki sahil” xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.

O qeyd edib ki, bütün texniki addımların atılması və veb-kameraların siyahısının dərc olunması təmin ediləcək.