22 avqust 2024 16:29
365

Məzahir Pənahov: Seçki məntəqələrində əlil vətəndaşlar üçün 2471 pandus quraşdırılıb

Seçki məntəqələrində əlil vətəndaşlar üçün 2471 pandus quraşdırılıb.

“İki sahil” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) avqustun 22-də keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, 2471 məntəqədə pandus qoyulacaq.

"Bu kateqoriyadan olan seçicilərimizin hamısını məntəqəyə dəvət edirik. Onların siyahısı var və səs verəcəkləri məntəqələrdə xüsusi şərait yaradılıb", - MSK sədri bildirib.