22 avqust 2024 23:06
416

Çikaqoda etiraz aksiyaları zamanı 1 nəfər ölüb, 10 nəfər yaralanıb

Demokratların Milli Qurultayının keçirildiyi ABŞ-ın Çikaqo şəhərində etiraz aksiyaları zamanı ötən gün 1 nəfər ölüb, 10 nəfər yaralanıb.

“İki sahil” “FOXNews”a istinadla  xəbər verir ki, qurultayın 3-cü günündə Çikaqo polisi 9 atışma faktı qeydə alıb. Yaralananlardan biri 5 yaşlı uşaqdır.

Qeyd edək ki, iki gün ərzində baş verən atışmalarda iki nəfər ölüb, 12 nəfər xəsarət alıb.

Avqustun 22-si qurultayın sonuncu günüdür.