Avqustun 23-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Qazaxıstana səfəri başlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçularının iştirak etdiyi "Altın Kıran - 2024" ("Qızıl Qartal - 2024") birgə taktiki-xüsusi təliminin taktiki epizodu izləniləcək, eləcə də ölkələrimiz arasında hərbi, hərbi-texniki və hərbi-təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq.
Zəfər Gününün beşinci ildönümü Azərbaycanın xaricdəki nümayəndəliklərində qeyd edilib
Azərbaycanda silahlanmaya yeni beşinci nəsil "IceBreaker" qanadlı raket kompleksi qəbul edilib