23 avqust 2024 13:30
546

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB

Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə məhdud tərkibdə görüşü olub.

“İki sahil” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Görüşdə Azərbaycan ilə Özbəkistan arasında münasibətlərin strateji müttəfiqlik xarakteri daşıması məmnunluqla vurğulandı, enerji, nəqliyyat, turizm sahələrində əməkdaşlıq müzakirə olundu, beynəlxalq və regional məsələlər ilə bağlı fikir mübadiləsi aparıldı.

***

Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə məhdud tərkibdə görüşü başlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.