“İki sahil” xəbər verir ki, təlim zamanı Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov seçkilərə hazırlıqla bağlı Yeni Azərbaycan Partiyası tərəfindən görülən işlər haqqında məlumat verib. Ayaz Cəbrayılov müşahidəçiləri belə bir məsul və şərəfli iş tapşırılması münasibətilə təbrik edir və onları MSK-nın Azərbaycan Respublikasında keçirilən seçkilərdə yerli müşahidənin aparılması qaydaları haqqında Təlimatı ilə tanış edir.
Ayaz Cəbrayılov müşahidəçilərə müşahidənin aparılması prinsiplərini, müşahidəçilərin hüquq və vəzifələrini, müşahidəçilərə qadağan edilən hərəkətləri hərtərəfli izah edir. Müşahidəçilərin səlahiyyət müddəti və səlahiyyətlərinə xitam verilməsi qaydası haqqında onlara məlumat verir. Müşahidənin başlanma vaxtını, müşahidə aparılması prosedurunu, seçki məntəqəsinin açılışı, səsvermənin gedişi , məntəqənin bağlanması və səslərin sayılması zamanı onların yerinə yetirəcəkləri vəzifələri aydınlaşdırır.
Sonra Ayaz Cəbrayılov müşahidə anketlərini və müşahidəçilər üçün yaddaş kitabçalarını müşahidəçilərə paylatdırır. Müşahidə aparılacağı müddətdə həmin müşahidə anketlərinin doldurulması qaydalarını onlara ətraflı izah edir və əyani olaraq göstərir. Qərargahın əlaqə telefonlarını müşahidəçilərə qeyd etdirir.
Sonda seçki qərargahının sədri Ayaz Cəbrayılov müşahidəçiləri maraqlandıran sualları cavablandırıb.