26 avqust 2024 17:30
289

"Barselona"dan "Atletiko"ya

"Atletiko" "Barselona"nın futbolçusu Kleman Lanqleni heyətinə cəlb edib.

"İki sahil" Madrid klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, fransalı müdafiəçi komandada 2024/2025 mövsümünün sonuna qədər icarə əsasında çıxış edəcək.

Qeyd edək ki, "Barselona" Lanqleni 2018-ci ildə "Sevilya"dan alıb. O, 2023/2024 mövsümün icarə əsasında "Aston Villa"da keçirib.