13 sentyabr 2024 16:22
177

Artyom Dzyuba bu kluba keçib

"Zenit"in sabiq yarımmüdafiəçisi Vladislav Radimov hücumçu Artyom Dzyubanın  Tolyattinin  “Akron” klubuna keçidini şərh edib.

“İki sahil” xəbər verir ki, bu haqda RT məlumat yayıb.

“Birincisi, Dzuba gənc deyil. İkincisi, o, bir ilə yaxındır ki, oyun praktikasından kənarda qalıb. Onun necə forma yığacağı bəlli deyil. Üstəlik, biz yenə də bilirik ki, nə isə səhv olsa və Dziuba ehtiyat oyunçular skamyasında qalsa, məşqçi ondan necə istifadə edəcək”- deyə Radimov bildirib..

Qeyde dək ki, “Akron” Dzyubanın transferini sentyabrın 12-də elan edib. Futbolçu ilə 2024/25 mövsümünün sonuna qədər müqavilə imzalanıb.

Xatırladaq ki, ötən mövsüm Dzyuba “Lokomotiv”də çıxış edib və 26 oyun keçirib, bu oyunlarda dörd qol vurub və eyni sayda məhsuldar ötürmə verib. O, mövsümün sonunda komandadan ayrılıb.