26 avqust 2024 18:01
282

"Liverpul"dan Premyer Liqa rekordu

“Liverpul” İngiltərə Premyer Liqasının 2-ci turunda “Brentford”u 2:0 hesabı ilə məğlub edib.

“İki sahil” xəbər verir ki, Mersisayd təmsilçisinin oyunda ötürmə dəqiqliyi 92 faiz olub.

Bu, Premyer Liqa tarixinin rekord göstəricisidir. İndiyədək Premyer Liqada heç bir komanda bu göstəriciyə nail olmayıb.

Qeyd edək ki, ilk iki oyunda qalib gələn "Liverpul" 6 xalla liderlər sırasındadır. 4 qol vuran komanda qapısını toxunulmaz saxlayıb.