26 avqust 2024 19:18
277

Oğuzhan futbolçu karyerasını bitirib

Türkiyə millisinin və "Beşiktaş"ın sabiq futbolçusu Oğuzhan Özyakub futbolçu karyerasını sonlandırıb.

“İki sahil” qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi özü bu barədə açqlayıb.

Qeyd edək ki, o, son olaraq Niderlandın "Fortuna" klubunun şərəfini qoruyub. 2012-2022-ci illər aralığında "Beşiktaş"da çıxış edən Özyakub bu müddət ərzində üç dəfə Türkiyə çempionatının bir dəfə ölkə, bir dəfə isə Superkubokun qalibi olub.