26 avqust 2024 21:15
268

İtaliya çempionatının oyunları 1 dəqiqəlik sükutla başlayacaq

Avqustun 26-sı, 27-si İtaliya A və B seriyasında keçiriləcək matçlar 1 dəqiqəlik sükutla başlayacaq.

“İki sahil” İtaliya Futbol Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, buna səbəb isveçli tanınmış futbol məşqçisi Sven-Yoran Erikssonun xatirəsini yad etməkdir.

Bu gün 76 yaşında dünyasını dəyişən mütəxəssis İtaliyada “Roma”, “Fiorentina”, “Sampdoriya” və “Latsio”da klublarını çalışdırıb.