27 avqust 2024 10:05
256

Volodin: Bayden seçkilərə qədər “Telegram”a nəzarəti ələ keçirmək istəyir

ABŞ prezidenti Co Bayden seçkilər öncəsi “Telegram”a nəzarəti ələ keçirmək niyyətindədir.

“İki sahil” xəbər verir ki, bu iddia ilə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin çıxış edib.

“Telegram” ABŞ-ın heç bir təsiri olmayan azsaylı və eyni zamanda ən böyük internet platformalarından biridir. Baydenin “Telegram”a nəzarəti ələ alması vacibdir”, deyə V.Volodin “Telegram” kanalında yazıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”