2024-cü ilin sentyabrında Azərbaycanın ev sahibliyi ilə keçiriləcək Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfrans və Ümumi Yığıncağına 400-dən çox xarici qonaq gələcək.
“İki sahil” xəbər verir ki, bunu Beynəlxalq Prokurorlar Assosiasiyasının Baş katibi Roel Dona Şəkidə "Ətraf mühitin gücləndirilməsi: Maarifləndirmə və hüquq mühafizə tədbirlərinin rolu" ECOLEAD layihəsi çərçivəsində "İqlim dəyişikliyinə qarşı yaşıllıqların qorunmasının akademik-elmi əsaslarının formalaşması” mövzusunda elmi-praktiki konfransda deyib.
Konfransda Azərbaycanın Baş prokuroru Kamran Əliyev, Beynəlxalq Prokurorlar Assosiasiyasının (İAP) Baş katibi Roel Dona, Şəki Rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubov, müxtəlif dövlət qurumlarının rəhbər vəzifəli şəxsləri iştirak edib.
Roel Dona Azərbaycan Prokurorluğunun ekoloji hüquqpozmalara qarşı mübarizə təcrübəsinin beynəlxalq və regional təşkilatlar, həmçinin digər ölkələrin prokurorluq qurumları tərəfindən təqdir olunduğunu qeyd edərək qlobal iqlim dəyişikliyinə qarşı birgə mübarizənin əhəmiyyətindən bəhs edib.
R.Dona həmçinin BPA-nın 29-cu İllik Konfrans və Ümumi Yığıncağına hazırlıq işlərinin gedişatı və bir sıra təşkilati məsələlər barədə danışıb.
Qırğızıstan mediası Prezident İlham Əliyevin səfərini işıqlandırmaqda davam edir
Birinci vitse-prezident Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib
Prezident İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib