Mərkəzi Seçki Komissiyası (MSK) avtomobil qəzasında həlak olan deputatlığa namizəd Nəsiman Yaqublunun seçki bülletenlərində adı ilə bağlı qərar verib.
“İki sahil” xəbər verir ki, bu barədə Komissiyasının bu gün keçirilən iclasında müvafiq qərar müzakirəyə çıxarılıb.
MSK sədrinin müavini Rövzət Qasımovun təqdimatına əsasən, Nəsiman Qara oğlu Yaqublunun namizədliyi qeydə alınıb və bülletenlərdə adı çap edilib, dairə seçki komissiyalarına təqdim edilib.
Seçki Məcəlləsinə əsasən, bülletenlərə əlavə və dəyişikliklər haqqında məlumatları məntəqə seçki komissiyasında yerləşdirilir.
Komissiya üzvlərinin rəyindən sonra qeyd edilib ki, dairə seçki komissiyasına atılacaq addımlar haqqında müvafiq tapşırıq veriləcək.
MSK sədri Məzahir Pənahov əlavə edib ki, məlumat lövhəsində N. Yaqublunun seçki marafonunu dayandırdığı qeyd edilməlidir.
Qırğızıstan mediası Prezident İlham Əliyevin səfərini işıqlandırmaqda davam edir
Birinci vitse-prezident Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib
Prezident İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib