Növbədənkənar parlament seçkiləri ilə əlaqədar qeydə alınan beynəlxalq müşahidəçilərin sayı açıqlanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.
Onun sözlərinə görə, 69 ölkə və 50 qurumdan 604 beynəlxalq müşahidəçi qeydə alınıb.
“ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosundan (DTİHB) 227 nəfər artıq bizdə mÜşahidəçi kimi qeydiyyatdan keçib. ATƏT PA-dan 61 nəfər müşahidəçisi, TÜRK PA-dan isə 16 nəfər akkreditasiyadan keçib”.
Qeyd edək ki, Azərbaycan Respublikasının bütün seçki dairələrində parlament seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilərin müraciət müddəti 22 avqustda başa çatıb.