Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə hazırlıq, namizədlərin qeydə alınması normal səviyyədə həyata keçirildi.
“İki sahil” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurum sədri Məzahir Pənahov deyib.
O bildirib ki, proses zamanı sənədləri yerində olmayan iddiaçılardan başqa müraciət edən hər kəsin namizədliyi qeydə alınıb:
"Təşviqat mərhələsinə gəlincə, çox geniş imkanlar yaradıldı, harada seçicilərlə görüş imkanı var idisə, orada da yer ayrıldı. Ona görə təşviqatla əlaqədar heç bir müraciət daxil olmadı".
Qırğızıstan mediası Prezident İlham Əliyevin səfərini işıqlandırmaqda davam edir
Birinci vitse-prezident Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib
Prezident İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib