Azərbaycan-Türkiyə münasibətləri bölgəyə sülh, sabitlik, əmin-amanlıq gətirəcək.
“İki sahil” xəbər verir ki, bunu Türkiyədə səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov həmkarı Hakan Fidanla keçirilən birgə mətbuat konfransı zamanı bildirib.
Nazir deyib ki, digər sahələrdə olduğu kimi, siyasət və diplomatiya sahəsində də Azərbaycanla Türkiyənin mövqeyi birdir: “Bu, qarşılıqlı dəstək, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləridir. Bu, beynəlxalq münasibətlərdə də belə davam edəcək. Hesab edirik ki, bu əlaqələr bölgəyə sülh, sabitlik, əmin-amanlıq gətirəcək”.
Ceyhun Bayramov sonda türkiyəli həmkarını Azərbaycana səfərə dəvət edib.
Qırğızıstan mediası Prezident İlham Əliyevin səfərini işıqlandırmaqda davam edir
Birinci vitse-prezident Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib
Prezident İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib