28 avqust 2024 17:15
476

Sevgilisi ilk dəfə Bella Hadidlə münasibətlərindən danışıb

Böyük bacısı Cici hadiddən fərqli olaraq Bella Hadid yaşadığı eşq macəralarını gündəmə gətirməyi sevmir.

“İki sahil” xəbər verir ki, modelin özünün dərc etdiyi bir neçə nadir foto istisna olmaqla, çox az adam onunla Adan Banuelos arasında nə baş verdiyini bilir.

Ancaq ötən gün sükutu Adan özü pozdu. "Along For the Ride" podkastında qonaq olaraq o, Hadidlə münasibətlərinin necə başladığını açıqlayıb və gələcək üçün birgə planlarından danışıb. 35 yaşlı rodeo ulduzun dediyinə görə, Bella yarışma zamanı sevgilisinin treylerine keçərək münasibətlərini ilk andan ciddi səviyyəyə çatdırıb. Qeyd edib ki, sevgilisi ona səhər yeməyi hazırlamaq üçün hər gün tez oyanır.

Adan iddia edir ki, Hadid özünü uzunmüddətli münasibətə bağlamadan əvvəl onun həyat tərzini öyrənmək istəyib.

"Onun atlara olan sevgisi münasibətimizi möhkəmləndirdi. O, çox sadə bir insandır və maddi şeylər onun üçün vacib deyil" deyə, Banuelos paylaşdı.

Yeri gəlmişkən, Bella Texasda öz mülkünü alana qədər Adanla treylerdə yaşayıb. İndi modelin sevgilisi öz evini tikir. Ömrünün qalan hissəsindən danışan Banuelos etiraf edib ki, Bella ilə uzun xoşbəxt gələcək planlaşdırır.