Bakıda keçirilən 7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 27-də Dövlət Turizm Agentliyi və BMT Turizmin birgə təşkilatçılığı ilə “Ortaq gələcək naminə turizm: inklüzivlik, bərabərlik və icma liderliyi sülhün təməllərini necə möhkəmləndirir” mövzusunda panel sessiya təşkil edilib.
“İki sahil” xəbər verir ki, sessiyanın açılışında çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev BMT Turizmlə uğurla davam edən əməkdaşlığı vurğulayaraq qeyd edib ki, Azərbaycanın beynəlxalq turizm platformalarında təmsil olunması və nüfuzlu tədbirlərə ev sahibliyi etməsi ölkənin zəngin mədəni irsinin, ənənələrinin və turizm imkanlarının dünyada daha geniş tanıdılmasına şərait yaradır.
Paneldə turizm vasitəsilə inklüzivliyin, mədəni mübadilənin və icma liderliyinin təşviqinə töhfə verən beynəlxalq təşəbbüslərin nümayəndələri çıxış ediblər.
Panel sessiyada Dövlət Turizm Agentliyi tərəfindən tabeliyindəki qoruqlarda yerləşən tarixi-mədəni irsin qorunması və dayanıqlı inkişafı istiqamətində görülən işlər, qoruqlarda yaradıcı fəaliyyətlərin təşviqi və tarixi-mədəni irs obyetlərində yerli icmalar üçün yeni imkanların yaradılması ilə mədəni irsin qorunmasına töhfə verilməsi məsələləri təqdim edilib.
Həmçinin sessiyada turizmin sosial inklüzivliyin təşviqi, turizm imkanlarından bərabər istifadə şəraitinin yaradılmasının icmaların rifahının yüksəldilməsi, sosial həmrəyliyin və sülhün möhkəmləndirilməsindəki rolu müzakirə olunub. Eləcə də qadınların turizm sahibkarlığında iştirakının artırılması, əlilliyi olan şəxslər üçün əlçatan turizm mühitinin yaradılması, eləcə də kənd və yerli icmaların turizmin inkişafında fəal iştirakının təmin edilməsi kimi məsələlər haqqında təqdimatlar edilib.
“Mədəniyyət rüzgarı” Xaçmazda: fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib
XII Bakı Beynəlxalq Kitab Sərgisində “Mirvarid Dilbazinin poeziya dünyası” adlı ədəbi tədbir keçirildi
Azərbaycanın Əməkdar artisti Adilə Əliyeva Parisdə platin medalla təltif olunub