29 avqust 2024 16:24
721

Təşviqat qaydalarının pozulması ilə bağlı müraciətlərə əvvəlcə DSK-də baxılmalıdır - MSK sədri

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərlər əlaqədar təşviqat qaydalarının pozulması ilə bağlı müraciətlərə və şikayətlərə əvvəlcə dairə seçki komissiyasında baxılmalıdır.

“İki sahil” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.

M.Pənahov qeyd edib ki, bu müraciətlər birbaşa MSK-ya yönləndirilir:

"Halbuki bu cür şikayətlərə birinci dairə baxmalıdır. Əgər dairənin qərarından narazılıq olarsa, MSK-ya müraciət edilə bilər".