31 avqust 2024 10:13
605

FHN: Goranda baş verən yanğın söndürülüb

Goranboy rayonu, Goran qəsəbəsində yanğın baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, “112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Goranboy rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yol kənarında baş vermiş yanğın geniş sahələrə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində təxminən 500 kv.m. sahədə kol-kos və qamışlıq yanıb.

Ətraf ərazilər, o cümlədən ağaclar yanğından mühafizə olunub.