29 sentyabr 2026 12:33
77

Yəməndə ölənlərin sayı 838 nəfərə çatıb

Münaqişənin güclənməsindən sonra Yəməndə həlak olan sakinlərin sayı 838 nəfərə yüksəlib, daha 4,4 min nəfər isə xəsarət alıb.

“İki sahil” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına istinadla Associated Press agentliyi xəbər yayıb.

Sentyabrın 22-də ÜST avqust ayının əvvəlindən bəri 674 nəfərin öləndiyini, daha 3 min nəfərin isə zərər çəkdiyini bildirmişdi. Münaqişənin daha da kəskinləşməsi fonunda qurbanların sayı artır.