Yəməndə yanacaqdoldurma məntəqəsində partlayış baş verib.
“İki sahil” xəbər verir ki, Ədən şəhərində baş verən partlayışda ən azı 8 nəfər ölüb, 6 nəfər isə yaralanıb.
Şahidlərin bildirdiyinə görə, ardıcıl partlayışlardan sonra alov stansiyanı əhatə edib. Səmaya yüksələn alovların gecəni işıqlandırdığı bildirilib və onların şəhərin böyük bir hissəsindən göründüyü qeyd edilib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”
Ukrayna məsələsi ilə bağlı Cenevrə görüşündə ABŞ-ın sülh planına dəyişikliklər edilib
Zelenski Cenevrədə ABŞ və Avropa tərəfdaşları ilə danışıqlar barədə məlumat verib