Milli Məclisə seçkiləri müşahidə etmək üçün 51 beynəlxalq qurumdan və 69 ölkədən 589 nəfər akkreditə olunub.
“İki sahil” xəbər verir ki, bu sözləri parlament seçkiləri ilə əlaqədar keçirilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov söyləyib.
Seçkilərlə əlaqədar yaradılan 125 dairənin 10-nun məcburi köçkün dairələri olduğunu vurğulayan MSK sədri qeyd edib ki, 397 min 862 məcburi köçkün 574 məntəqədə səs verə biləcək.