31 avqust 2024 14:14
400

Namizədlikləri təsdiqlənənlərin 454-ü 25 siyasi partiya tərəfindən irəli sürülüb

Parlament seçkilərində deputatlığa 990 namizəd mübarizə aparacaq.

“İki sahil” xəbər verir ki, bunu parlament seçkiləri ilə əlaqədar keçirilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, namizədliyi təsdiqlənənlərdən 454 nəfəri 25 siyasi partiya tərəfindən, 1007 nəfəri öz təşəbbüsü ilə, 1 nəfər isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb.