Türkiyədə dördmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verib.
“İki sahil” İHA-ya istinadla xəbər verir ki, hadisə axşam saatlarında Konyanın mərkəzi Karatay rayonu, Keçəcilər məhəlləsində, Emir Karaaslan küçəsində yerləşən 4 mərtəbəli binada baş verib.
Məlumata görə, 4 mərtəbəli binanın 3-cü mərtəbəsində ad günü tədbiri üçün hazırlanan şarları şişirtmək məqsədi ilə istifadə edildiyi bildirilən, tərkibində helium qazı olan balon naməlum səbəbdən partlayıb.
Partlayış nəticəsində 30 yaşlı Ö.Ç. 2 yaşlı uşaq bədəninin müxtəlif nahiyələrində yanıq xəsarətləri alıblar.
Hadisə yerinə səhiyyə, xilasetmə və polis qrupları cəlb edilib. Partlayış nəticəsində baş verən yanğın yanğınsöndürənlər tərəfindən qısa müddətdə söndürülüb.
Yaralanan Ö.Ç. və adı məlum olmayan uşağa ilkin tibbi yardım göstərildikdən sonra təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
Yaralıların səhhətinin yaxşı olduğu bildirilib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”
Ukrayna məsələsi ilə bağlı Cenevrə görüşündə ABŞ-ın sülh planına dəyişikliklər edilib
Zelenski Cenevrədə ABŞ və Avropa tərəfdaşları ilə danışıqlar barədə məlumat verib