Prezident İlham Əliyev San-Marino Respublikasının Regent Kapitanları Alessandro Rossi və xanım Milena Qasperoniyə təbrik məktubu göndərib.
“İki sahil” xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri,
Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, San-Marino xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".
Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər - VİDEO
Tahir Budaqov: Gənc nəslin belə tədbirlərdə iştirakı əsl vətəndaş kimi yetişmələri üçün çox vacibdir