27 sentyabr 2026 13:34
91

Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Qarabağın azadlığı uğrunda aparılan mübarizə yaxın tariximizdə cəsarətin, fədakarlığın və Vətən sevgisinin yaddaşlara həkk olunan ən güclü nümunələrindən biridir. 27 Sentyabr – Anım Günündə Vətənin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Can Azərbaycanın qəhrəman övladlarını rəhmət və minnətlə, qazilərimizi isə təşəkkür və ehtiramla yad edirəm.

“İki sahil” xəbər verir ki, bu ifadələr Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duranın Anım Günü ilə bağlı paylaşımında yer alıb.

“Bir millət, iki dövlət” anlayışı ilə sevincimizdə və kədərimizdə bir olduğumuz qardaş Azərbaycanla könül bağımız, ortaq tariximiz və qardaşlığımız daim var olsun. Qarabağ Azərbaycandır!” - deyə Burhanettin Duran bildirib.